23:15
11°C
Bakı
ABŞ-ın İranda vurulan F-15 təyyarəsinin pilotlarından birini xilas etmək üçün keçirdiyi əməliyyatda itkiləri politoloqların diqqətini çəkib.
Moderator.az xəbər verir ki, politoloq Turab Rzayev bu əməliyyatın ABŞ ordusuna 300 milyona başa gəldiyini bildirib.
“ABŞ-ın vurulmuş F-15 pilotunun xilasetmə missiyasının təkcə təyyarə itkiləri bunlardır: “A-10 Thunderbolt II” - təxminən 18,8 milyon; 2 ədəd “C-130 Herkules” - 150–200 milyon dollar; iki ədəd MH-6 - 15 milyon dollar, bir və ya iki ədəd MQ-9 - 30 və ya 60 milyon dollar”, - politoloq vurğulayıb.
Politoloq missiyanın uğursuz olduğunu, əsl məqsədin gizlədildiyini qeyd edib.
(axar.az)