Tramp İrana qarşı razılaşma müddətini 24 saat uzatdı
Dünya
678
05 Apr 2026 | 21:26

Tramp İrana qarşı razılaşma müddətini 24 saat uzatdı

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın bağlanması üçün müəyyən edilmiş son müddəti 24 saat uzadıb.

Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Tramp "X" sosial şəbəkəsində verdiyi açıqlamada son müddəti əlavə bir gün təxirə saldığını bildirmişdir. ABŞ lideri əvvəllər bildirib ki, İran razılaşmanı 7 aprel tarixinə qədər bağlaya bilər.

Qeyd olunur ki, Tramp bu müddət ərzində Hürmüz boğazını açmazsa, enerji və mülki infrastruktura qarşı zərbələr endirəcəyini hədələyib.

 

(teleqraf)

Link kopyalandı!
Son xəbərlər