Polşa Gürcüstanla vizasız rejimi ləğv edir
Dünya
199
19:20, Bu gün

Polşa Gürcüstanla vizasız rejimi ləğv edir

Polşa hökuməti Gürcüstan, eləcə də Kolumbiya və Venesuela vətəndaşları üçün vizasız rejimi ləğv etməyi planlaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə "Do Rzeczy" məlumat yayıb.

"Polşa hökuməti miqrasiya siyasətində köklü dəyişikliklər planlaşdırır. Səbəb isə mövcud qanunvericilikdən sui-istifadədir.

Ailə, Əmək və Sosial Siyasət Nazirliyinin qətnamə layihəsinə əsasən, Kolumbiya, Venesuela və Gürcüstan vətəndaşları bundan sonra Polşada vizasız rejim altında işləyə bilməyəcəklər", – o bildirib.

 

(axar.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər