İranda uçuşlara qadağanın vaxtı uzadıldı
Dünya
397
16:50, Bu gün

İranda uçuşlara qadağanın vaxtı uzadıldı

İranın hava məkanı azı aprelin 12-dək bağlı qalacaq.

Moderator.az xəbər verir ki, bu barədə TASS agentliyinə Yaxın Şərq üzrə aviadispetçer dairələrindəki mənbə məlumat verib.

"İran səması uçuşlar üçün təxminən aprelin 12-si, bazar günü ümumdünya vaxtı ilə saat 08:30-a (Bakı vaxtı ilə 12:30 - red.) qədər bağlı olacaq", - deyə həmsöhbət bildirib.

Qadağa çərçivəsində istisna olaraq dövlət, hərbi və sanitar aviasiya uçuşlarına, həmçinin axtarış-xilasetmə məqsədilə və mülki aviasiya idarəetmə orqanının xüsusi icazəsi ilə həyata keçirilən reyslərə icazə verilə bilər.

Xatırladaq ki, İranın hava məkanı fevralın 28-də ABŞ və İsrailin hərbi əməliyyatlara başlamasından sonra bağlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər