İran Bəhreyndəki
Dünya
449
15:20, Bu gün

İran Bəhreyndəki "Gulf Petrochemical Industries" şirkətinə zərbə endirib

İran pilotsuz uçuş aparatları ilə (PUA) Bəhreynin "Gulf Petrochemical Industries" neft-kimya şirkətinin obyektlərinə hücum edib.

Moderator.az xəbər verir ki, bu, Bəhreyn İnformasiya Agentliyinin istinad etdiyi korporasiyanın bəyanatında qeyd olunub.

"Bir neçə istehsalat bölməsi İranın pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb ki, bu da yanğına səbəb olub. Yanğın tamamilə nəzarətə götürülüb və söndürülüb, xəsarət alan yoxdur", - şirkətdən bildirilib.

Mütəxəssislər dəymiş maddi ziyanın qiymətləndirilməsini aparırlar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər