Fransada 2000 illik antik yaşayış məskəni aşkarlanıb
Dünya
1324
05 Apr 2026 | 13:37

Fransada 2000 illik antik yaşayış məskəni aşkarlanıb

Fransanın Marsel şəhərinin yaxınlığında təxminən 2 000 il yaşı olan antik yaşayış məskəninin ərazisində genişmiqyaslı arxeoloji qazıntı işləri aparılır.

Moderator.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb.

Qeyd olunub ki, yanvar ayından etibarən başlayan işlər təxminən 4 000 kvadratmetr sahəni əhatə edir. Eramızın II-III əsrlərinə, yəni Roma imperiyasının tənəzzülü dövrünə aid edilən təbəqələrdə arxeoloqlar bina qalıqları və çoxsaylı gündəlik məişət əşyaları aşkar ediblər. Tapıntılar arasında hipokaust isitmə sisteminə malik tikililər kompleksi yer alır.

Bundan əlavə, tədqiqatçılar üzüm bağlarının, dəmirçi emalatxanasının və mətbəxin izlərini də müəyyən ediblər. Antik təbəqənin üst hissəsində isə orta əsrlərə aid keramika qalıqları tapılıb ki, bu da ərazinin daha sonrakı dövrlərdə də məskunlaşıldığını sübut edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər