Xocalı soyqırımının təşəbbüskarlarından biri olan Zori Balayan ölüb
Dünya
867
10:50, Bu gün

Xocalı soyqırımının təşəbbüskarlarından biri olan Zori Balayan ölüb

Erməni terrorunun məşhur ideoloqlarından və Xocalı soyqırımının təşəbbüskarlarından biri olan Zori Balayan ölüb.

Moderator.az xəbər verir ki, bu barədə onun oğlu Ayk Balayan məlumat verib.

Birinci Qarabağ müharibəsinə səbəb olan separatçı hərəkatın təşəbbüskarlarından və "Miatsum" ("birləşmə") şüarının müəlliflərindən biri olan Zori Balayan 1980-ci illərin əvvəllərində yazdığı "Ocaq" əsəri ilə ermənilər arasında məşhurlaşıb.

Kitabda Z.Balayan tarixi təhrif edərək, Qarabağın guya erməni torpağı olduğunu iddia edib. O, həmçinin, kitabda türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edib. Terrorçu 1994-cü ildə Bakı metrosunda törədilmiş qanlı terrorun sifarişçisi olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər