Rusiyalı alimlər Antarktidada vahə kəşf ediblər
Dünya
489
08:00, Bu gün

Rusiyalı alimlər Antarktidada vahə kəşf ediblər

Rusiyalı alimlər Antarktidanın Berks burnunda vahə aşkar ediblər.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Federal Tədqiqat Mərkəzi məlumat yayıb.

"Bu ərazidə əvvəllər tədqiq olunmamış 18 gölün hərtərəfli öyrənilməsi göstərdi ki, bu vahə Yer səthində dayanıqlı və bütöv bir formalaşmadır", - məlumatda bildirilir.

Qeyd olunur ki, dağlar və vadilərlə örtülü olan vahədə ortaillik temperatur mənfi 12 dərəcə Selsidir, buzdan azad ərazinin ümumi sahəsi isə 2.2 kvadrat kilometr qiymətləndirilir.

Ərazidə pinqvinlər, suitilər və Antarktika fırtınaquşuları yaşayır. Vahənin Antarktidanın tədqiqatçısı Arnold Budretskinin şərəfinə adlandırılması qərara alınıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər