Ərdoğan: Ukrayna ilə Rusiya arasındakı danışıqları dəstəkləyəcəyik
Dünya
545
04 Apr 2026 | 20:17

Ərdoğan: Ukrayna ilə Rusiya arasındakı danışıqları dəstəkləyəcəyik

Türkiyə gələcəkdə də Ukrayna ilə Rusiya arasında danışıqları dəstəkləyəcək.

Moderator.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib.

"Ukrayna ilə Rusiya arasındakı danışıqlara Türkiyənin dəstəyi davam edəcək, regionda sülh və sabitliyə ehtiyac var. Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyinə böyük əhəmiyyət verir. Türkiyə Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qərarlıdır, bunun üçün lazımi addımları atmağa davam edəcəyik" - Ərdoğan qeyd edib.

Link kopyalandı!
Son xəbərlər