21:41
11°C
Bakı
İsrailin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində İsrail hava qüvvələrinin Livanın cənubuna hücumları nəticəsində azı 54 nəfər həlak olub, daha 156 nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, departamentin "X"də dərc olunmuş açıqlamasında deyilir: "2 martda hərbi eskalasiyanın başlamasından bəri ölən mülki şəxslərin ümumi sayı 1422-ni, yaralıların sayı isə 4294 nəfəri keçib. Qurbanlardan 1203-ü kişi, 126-sı uşaq və 93-ü qadın olub."