45 yaşadək kişilərin ölkədən çıxışına MƏHDUDİYYƏT
Dünya
356
12:38, Bu gün

45 yaşadək kişilərin ölkədən çıxışına MƏHDUDİYYƏT

Almaniyada 17–45 yaş arası bütün kişilər artıq ölkəni üç aydan artıq müddətə tərk etmək istədikdə Bundesver-dən icazə almalıdır.
 
Moderator.az xəbər verir ki, bu barədə “Berliner Zeitung” məlumat yayıb.
 
Məlumata görə, hərbi xidmətin modernləşdirilməsi ilə bağlı qanuna edilən dəyişiklik 1 yanvar 2026-cı ildən qüvvəyə minib, lakin bu yenilik geniş diqqət çəkməyib.
 
Almaniya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu tənzimləmənin əsas məqsədi fövqəladə hallarda resursların daha effektiv şəkildə toplanmasını təmin etməkdir: “Belə vəziyyətlərdə uzun müddət xaricdə ola biləcək şəxslər haqqında məlumatlı olmağımız vacibdir”.
 
Qanuna əsasən, Almaniya hakimiyyəti vətəndaşın ölkədən çıxışına qadağa qoya bilməz, lakin Bundesver-in bu barədə əvvəlcədən məlumatlandırılması tələb olunur. Bununla belə, əgər şəxs uzunmüddətli səfər barədə məlumat verməzsə, hansı hüquqi nəticələrlə üzləşəcəyi qanunda dəqiq göstərilməyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər