Bizi sosial şəbəkələrdən izləyin:
Əfqanıstanda 5,8 maqnitudalı zəlzələ bir ailənin səkkiz üzvünün həyatına son qoyub.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zəlzələ aprelin 3-ü axşam saatlarında şimal-şərqdəki Bədəxşan vilayətində 186 kilometr dərinlikdə baş verib.
Qeyd olunub ki, yeraltı təkanlar paytaxt Kabil də daxil olmaqla ölkənin bir neçə regionunda hiss olunub.
"Kabil vilayətinin Qosfənd-Dərə rayonunda zəlzələ nəticəsində bir ailənin səkkiz üzvü həlak olub", - Səhiyyə Nazirliyinin mətbuat katibi Şərafət Zaman bildirib.
O əlavə edib ki, ailədən yalnız iki yaşlı bir uşaq sağ qalıb.