Rusiyanın Avropadakı siyasi müttəfiqlərindən biri olan Serbiya Ukraynanın enerji sektorunun bərpasına investisiya qoymaq qərarına gəlib.
Moderator.az “Unian”a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) mətbuata açıqlamasında bildirilib.
Qeyd olunub ki, Serbiya tərəfindən göstərilən yardımın ümumi məbləği az olsa da, simvolik olaraq əhəmiyyətlidir: 2 milyon avro. Vəsait elektrik şəbəkəsinin gücünü bərpa etmək və milyonlarla ukraynalını elektrik enerjisi ilə təmin etmək üçün çox vacib olan yüksək gərginlikli transformatorların alınması və təchizatı üçün istifadə olunacaq.
Serbiyanın Ukraynadakı səfiri Andon Sapunji deyib ki, Serbiya enerji təhlükəsizliyi ilə bağlı görünməmiş çətinliklərlə üzləşən Ukrayna xalqı ilə həmrəydir:
“Bu töhfə həyati əhəmiyyətli xidmətlərin bərpasına və bu çətin dövrlərdə xəstəxanalara, məktəblərə və evlərə elektrik enerjisi təchizatının təmin edilməsinə dəstəyimizin əyani nümayişidir".