KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb
Dünya
263
03 Apr 2026 | 23:40

KİV: ABŞ və İran arasında atəşkəs səyləri çıxılmaz vəziyyətə düşüb

ABŞ və İran arasında atəşkəs üçün Pakistan da daxil olmaqla region ölkələrinin vasitəçilik səyləri çıxılmaz vəziyyətə düşüb.

Moderator.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumata görə, İran rəsmi olaraq vasitəçilərə yaxın günlərdə İslamabadda ABŞ rəsmiləri ilə görüşmək istəmədiyini və ABŞ-ın tələblərini qəbuledilməz hesab etdiyini bildirib.

Türkiyə və Misirin bu çıxılmaz vəziyyətdən çıxış yolu axtardığı və danışıqlara ev sahibliyi etmək üçün Qətər və ya İstanbul kimi alternativ yerlər təklif etdiyi bildirilir.

Link kopyalandı!
Son xəbərlər