00:50
13°C
Bakı
Hörmüz Boğazında qalan türk gəmilərinin vəziyyəti açıqlanıb.
Moderator.az xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Hörmüz Boğazında 13 türk gəmisinin olduğunu bildirib.
Onun sözlərinə görə, bu gəmilərdən 2-si sabit enerji istehsal edən gəmilərdir.
“15 gəmidən 2-si çıxıb, 13-ü isə hələ də oradadır. 4 gəminin çıxış tələbi yoxdur. Onlardan 2-si isə sabit enerji istehsal edən gəmilərdir”, - deyə nazir qeyd edib.