Livanda üç BMT sülhməramlısı yaralanıb
Dünya
253
03 Apr 2026 | 21:20

Livanda üç BMT sülhməramlısı yaralanıb

Ədisə sərhəd bölgəsində BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) müşahidə məntəqəsi atəşə tutulub və nəticədə üç sülhməramlı yaralanıb.

Moderator.az xəbər verir ki, bu barədə UNIFIL sözçüsü Kendis Ardell məlumat verib.

"Hər üç hərbçi xəstəxanaya aparılıb, onlardan ikisi ağır vəziyyətdədir", - o deyib.

Onun sözlərinə görə, komandanlıq hadisənin təfərrüatlarını, o cümlədən postda baş verən yanğının səbəbini araşdırır.

Link kopyalandı!
Son xəbərlər