İsrail ordusu İrana 70-dən çox zərbə endirdiyini bildirib
Dünya
253
20:10, Bu gün

İsrail ordusu İrana 70-dən çox zərbə endirdiyini bildirib

İsrail Müdafiə Ordusu İranın qərb və mərkəzi rayonlarına 70-dən çox zərbə endirərək, ballistik raketlərin buraxılış qurğularını və pilotsuz uçuş aparatlarını vurub.

Moderator.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu "X" sosial şəbəkəsində məlumat yayıb.

"Hərbi Hava Qüvvələri hərbi kəşfiyyatın məlumatlarına əsaslanaraq ötən sutka ərzində İranın mərkəzi və qərb hissəsinə 70-dən çox zərbə endirib, İranın onlarla obyektini vurub", - bəyanatda bildirilib.

Həmçinin qeyd olunub ki, vurulan infrastruktur obyektləri arasında İsrail üçün təhlükə yaradan ballistik raket komplekslərinin saxlandığı buraxılış qurğuları, SEPAH-ın Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatlarının saxlandığı obyektlər və hava hücumundan müdafiə obyektləri var.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər