Pentaqon nüvə arsenalı üçün rekord büdcə istəyir
Dünya
239
19:27, Bu gün

Pentaqon nüvə arsenalı üçün rekord büdcə istəyir

Ağ Ev ABŞ-nin nüvə kompleksinin modernləşdirilməsi və strateji çəkindirmə imkanlarının artırılması məqsədilə 2027-ci il üçün müdafiə büdcəsinin əhəmiyyətli dərəcədə artırılmasını təklif edib.

Moderator.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ administrasiyasının hazırladığı sənəddə 1,5 trilyonluq büdcə artımının milli təhlükəsizlik maraqlarını qorumaq üçün zəruri olduğu bildirilir.

Modernləşdirmə planı nüvə triadının yenilənməsi, komandanlıq və rabitə sistemlərinin təkmilləşdirilməsini əhatə edir.

Xatırladaq ki, ABŞ-nin 2027-ci maliyyə ili üçün təklif etdiyi 1,5 trilyon dollarlıq rekord müdafiə büdcəsinin əhəmiyyətli hissəsi məhz nüvə arsenalının şaxələndirilməsinə və İranla davam edən gərginlik fonunda hərbi hazırlığın artırılmasına yönəldiləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər