Zelenski: Rusiyanın martdakı hərbi itkiləri müharibənin əvvəlindən bəri rekord həddə çatıb
Dünya
237
19:10, Bu gün

Zelenski: Rusiyanın martdakı hərbi itkiləri müharibənin əvvəlindən bəri rekord həddə çatıb

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının mart ayındakı itkilərinin müharibənin başlanğıcından bəri ən yüksək səviyyəyə çatdığını və 35 min nəfəri ötdüyünü qeyd edib.

Moderator.az xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

"Təkcə pilotsuz uçuş aparatlarımızın zərbələri nəticəsində Rusiyanın 33 988 hərbi qulluqçusu həlak olub və ya ağır yaralanıb, artilleriya və digər zərbələrlə isə daha 1363 nəfər öldürülüb. Bu, cəmi bir ay ərzində 35 000-dən çox Rusiya itkisi deməkdir və bunlar dəqiq təsdiqlənmiş itkilərdir", - o bildirib.

Zelenski əlavə edib ki, nazirlərlə yaxın həftələr üçün bir sıra tapşırıqları razılaşdırıb. Xüsusilə, Ukrayna piyadalarının gücləndirilməsi, ordu müqavilələri sisteminin təkmilləşdirilməsi və hərbi hissəni özbaşına tərk etməyə qarşı mübarizə tədbirləri ilə bağlı qərarlar hazırlanır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər