NATO rəhbərləri Trampdan narahatdırlar
Dünya
233
19:07, Bu gün

NATO rəhbərləri Trampdan narahatdırlar

Avropa dövlətlərinin və Şimali Atlantika Alyansının (NATO) rəhbərləri ABŞ Prezidenti Donald Trampın blokun daxili birliyinə xələl gətirən dağıdıcı bəyanatlarından ciddi şəkildə narahat olduqlarını bildiriblər.

Moderator.az xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.

Bildirilib ki, müttəfiqlərin əsas istəyi alyansın ünvanına işlədilən təhqiramiz ifadələrə son qoyulmasıdır.

Xatırladaq ki, bir qədər əvvəl "Reuters" agentliyinə müsahibə verən Tramp NATO-ya qarşı mənfi münasibətini gizlətməmiş və ABŞ-nin bu ittifaqdan çıxmaq ehtimalını nəzərdən keçirdiyini qeyd etmişdi.

Britaniyanın "The Daily Telegraph" nəşrinə danışan ABŞ lideri bildirib ki, Vaşinqton Tehranla qarşıdurmada alyans tərəfindən kifayət qədər dəstəklənmədiyi üçün Birləşmiş Ştatların NATO-dakı iştirakına yenidən baxmağı planlaşdırır. Tramp həmin müsahibədə NATO-nu "kağız pələng" adlandırmaqla yanaşı, bu təşkilata qarşı heç vaxt xüsusi rəğbət bəsləmədiyini də etiraf edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər