Ukrayna dövlət başçısı Vladimir Zelenski Amerika Birləşmiş Ştatlarının nümayəndə heyətinə Kiyevə səfər etmək üçün dəvət göndərib.
Moderator.az-ın "İnterfaks-Ukrayna" agentliyinə istinadla yaydığı xəbərə əsasən, prezident bu barədə media nümayəndələri ilə keçirdiyi görüş zamanı məlumat verib.
"Mən ABŞ-nin danışıqlar qrupunu Kiyevə çağırmışam. Heyət mövcud vəziyyəti - İranla müharibə dövrünü - diqqətə alaraq paytaxtımıza gəlmək məqsədilə bütün imkanlardan istifadə edəcək. Bu addım texniki qruplar səviyyəsindəki üçtərəfli danışıqlara bir alternativ təşkil edir. ABŞ komandası əvvəlcə ölkəmizə, daha sonra isə Moskvaya səfər edə bilər", - deyə V.Zelenski vurğulayıb.
Lider onu da əlavə edib ki, hazırkı mərhələdə üçtərəfli formatda görüşün təşkili mümkün olmazsa, o zaman münaqişə tərəfləri ilə "növbəli şəkildə" dialoq aparmaq variantı reallaşdırıla bilər.