İrana qarşı quru əməliyyatının əsas hədəfi - VİDEO
Dünya
186
17:57, Bu gün

İrana qarşı quru əməliyyatının əsas hədəfi - VİDEO

"ABŞ-nin İrana qarşı lokal quru əməliyyatı keçirməsi ehtimalı və bununla bağlı hazırlanan hərbi planlar beynəlxalq medianın gündəmindədir. Hazırda ABŞ rəsmiləri və müxtəlif media qurumları tərəfindən bu barədə bir neçə əsas ssenari irəli sürülür ki, onlardan xüsusən ikisi real sayılır".

Bu barədə "Azad İran" "Telegram" kanalının hazırladığı videosüjetdə bəhs edilir.

"Birincisi, uran əməliyyatıdır ki, bu zaman İranın ixtiyarında olan yüksək səviyyədə zənginləşdirilmiş, təqribən 450 kiloqram uranın ələ keçirilməsi və ölkədən çıxarılması üzrə xüsusi əməliyyat həyata keçirilə bilər. İkincisi isə, Fars körfəzindəki strateji əhəmiyyətli adaların, ilk növbədə Xarq adasının ABŞ qüvvələri tərəfindən tutulmasıdır. Aparılan təhlillər göstərir ki, məhz Xarq adası ABŞ-nin İrana qarşı quru əməliyyatının əsas hədəfi ola bilər. Bu barədə ABŞ Prezidenti Donald Tramp da martın sonunda "Financial Times" qəzetinə verdiyi müsahibədə açıq danışıb və özünəməxsus tərzdə deyib: "Bəlkə biz Xarq adasını tutacağıq, bəlkə də yox. Bizim seçimlərimiz çoxdur. Bu həm də o demək olardı ki, biz bir müddət Xarq adasında qalmalı olacağıq". Xarq adasındakı İran müdafiəsinin vəziyyəti ilə bağlı sualı cavablandırarkən Tramp bildirib ki, düşünmürəm, onların hansısa müdafiəsi var, biz bunun öhdəsindən çox asanlıqla gələ bilərik", - deyə materialda bildirilir.

Daha ətraflı videosüjetdə:

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər