Hörmüz boğazında baş verən partlayış nəticəsində məhv edilmiş Tailandın "Mayuree Naree" gəmisində insan qalıqları aşkar edilib.
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Tailand Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Bu gün nazirlik "Mayuree Naree" gəmisinin sahibi "Precious Shipping PLC" şirkətindən məlumat alıb ki, axtarış-xilasetmə qrupu ikinci dəfə gəminin göyərtəsinə qalxıb və şərtlər imkan verdiyi qədər əlçatan hissələrində ətraflı yoxlama aparıb. Çünki gəmi yanğın nəticəsində zədələnib, mühərrik kabinəsi və bitişik bölmələri batıb. Qrup gəminin göyərtəsində zədələnmiş zonada insan qalıqları aşkar edib, lakin hələlik onları yoxlaya və ya identifikasiya edə bilməyib. Şirkət artıq ekipaj üzvlərinin ailələrinə xəbər verib", - deyə məlumatda bildirilib.