SEPAH:
Dünya
214
16:40, Bu gün

SEPAH: "ABŞ pilotu əsir götürülüb və axtarış helikopteri vurulub"

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus ikinci F-35 qırıcı təyyarəsini vurduqlarını elan etməsinin ardınca onun pilotunun İran qüvvələri tərəfindən əsir götürüldüyünü açıqlayıb.

Moderator.az xəbər verir ki, SEPAH-ın yaydığı məlumata görə, pilot katapult edərək ölkə ərazisinə eniş edib. Bundan sonra ABŞ tərəfi onu təxliyə etməyə cəhd göstərib.

Daha əvvəl SEPAH-ın mətbuat xidməti qırıcının tamamilə darmadağın edildiyini açıqlayıb. Qeyd olunub ki, bu, son 12 saat ərzində ABŞ-nin Hərbi Hava Qüvvələrinə məxsus vurulan ikinci təyyarədir.

Bununla yanaşı SEPAH ölkənin cənubundakı Xuzistan əyalətində axtarış-xilasetmə əməliyyatına cəlb olunan "Hercules" təyyarəsinin və ABŞ-yə məxsus olduğu ehtimal edilən "Black Hawk" helikopterinin görüntülərini yayımlayıb.

Habelə Amerikaya məxsus "Black Hawk UH-60" vertolyotunun İranın Lordeqan ərazisində qəzaya uğradığı açıqlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər