Ukrayna Pasxa atəşkəsi ilə bağlı ABŞ-yə sorğu göndərib.
Moderator.az "İnterfaks Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
"Biz hamımız mediada onların cavabını gördük: guya onlar buna hazır deyillər. Bilmirəm, bu nə dərəcədə ciddi cavabdır. ABŞ tərəfinə sorğumuzu ötürmüşük. Bilmirəm, onların öz mesajını çatdırmaq imkanı olacaqmı. Görərik. Pasxa bayramında atəşkəs təklifimiz qüvvədə qalır", - deyə Zelenski jurnalistlərlə görüşü zamanı bildirib.
Martın 30-da Zelenski Ukraynanın müharibənin sona çatması üçün dövlətin ləyaqətini və müstəqilliyini qoruyan istənilən formatı dəstəklədiyini və xüsusilə Pasxa bayramları zamanı istənilən atəşkəs formatına hazır olduğunu bildirib.
Aprelin 1-də isə Ukrayna lideri bildirib ki, ölkəsi ABŞ-nin Rusiyanı üçtərəfli görüşə cəlb etməsinə və Pasxa bayramları zamanı atəşkəs təklifini dəstəkləməsinə ümid edir.