Bizi sosial şəbəkələrdən izləyin:
Hörmüz boğazından keçən gəmilərin sayında nəzərəçarpan artım qeydə alınıb.
Bu barədə "Al Jazeera" "Windward"a istinadən məlumat yayıb. Bildirilib ki, çərşənbə günü boğazdan keçən su nəqliyyatı vasitələrinin sayı 16-ya yüksəlib.
"Onların hamısı İranın Larak adası yaxınlığındakı marşrutla irəliləyib. Bu, həmin göstəricidə artımın qeydə alındığı ardıcıl üçüncü gündür", - deyə açıqlamada qeyd olunub.
"Windward" hesab edir ki, boğazdan tranzit fəaliyyəti yaxın günlərdə daha da arta bilər.
"Al Jazeera"nin məlumatına görə, bu tendensiyaya baxmayaraq, Hörmüz boğazında göstərici aşağı olaraq qalır.
Bildirilib ki, Yaxın Şərq münaqişəsi başlamazdan əvvəl boğazdan hər gün təxminən 130 gəmi keçib. /oxu.az/