ABŞ ordusunun baş qərargah rəisi istefa verdi
Dünya
205
09:04, Bu gün

ABŞ ordusunun baş qərargah rəisi istefa verdi

Pentaqon ABŞ Ordusunun Baş Qərargah rəisi general Rendi Corcun istefasını təsdiqləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə Departamentin sözçüsü Şon Parnell sosial mediada açıqlama verib.
 
Bildirilib ki, general Rendi Corc Ordunun 41-ci Baş Qərargah rəisi vəzifəsindən dərhal sonra təqaüdə çıxır. Hərbi Nazirlik onun ölkəyə xidmətini yüksək qiymətləndirərək təşəkkür edib və təqaüddə uğurlar arzulayıb.
 
Pentaqon bununla əvvəlki media xəbərlərini təsdiqləyib. Xatırladaq ki, “CBS News” daha əvvəl mənbələrə istinadla müdafiə naziri Pit Heqsetin Corcun istefasını tələb etdiyini bildirmişdi.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər