Bizi sosial şəbəkələrdən izləyin:
Avstraliya Yaxın Şərqə elit SAS xüsusi təyinatlı qüvvələri bölməsi göndərib.
Moderator.az xəbər verir ki, məlumatı yayan "The Daily Telegraph" prosesin ictimaiyyətə açıqlamandan həyata keçirildiyini qeyd edib.
Nəşrə görə, qüvvələr ehtimal ki, Birləşmiş Ərəb Əmirliklərindəki Əl Minhad hava bazasında yerləşdirilib.
"The Daily Telegraph" qeyd edir ki, yerləşdirilən qüvvələr "döyüş əməliyyatlarında iştirak etmək üçün nəzərdə tutulmayıb və onların əsas missiyası təhlükəsizliyi təmin etmək, həmçinin ehtimal ki, diplomatik missiya heyəti üçün təxliyə əməliyyatları aparmaqdır".
Daha əvvəl Avstraliyanın Baş naziri Entoni Albanese dəfələrlə ölkəsinin Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etməyəcəyini, orada olan Avstraliya qoşunlarının bütün hərəkətlərinin "tamamilə müdafiə xarakteri daşıdığını" və "Avstraliya vətəndaşlarının və xaricdəki obyektlərin təhlükəsizliyini təmin etmək zərurəti" ilə diktə edildiyini bildirib. O, həmçinin Avstraliyanın İrandan hücuma məruz qalan dövlətlərin müdafiəsinə kömək etmək üçün Fars körfəzinə E7A Wedgetail hava hücumundan müdafiə təyyarəsi və kiçik bir hərbi heyət kontingenti göndərdiyini deyib.