İranda rekord səfərbərlik: 7 milyon nəfər müharibəyə könüllü yazıldı
Dünya
351
08:35, Bu gün

İranda rekord səfərbərlik: 7 milyon nəfər müharibəyə könüllü yazıldı

ABŞ və İsrailin İrana qarşı bir aydan artıqdır davam edən hərbi əməliyyatları fonunda ölkədə diqqətçəkən proses baş verib.
 
Moderator.az xəbər verir ki, “Can Fəda” adlı platforma üzərindən İranın müdafiəsi üçün könüllü səfərbərlik elan olunub.
 
Məlumata görə, artıq 7 milyondan çox şəxs könüllü şəkildə qeydiyyatdan keçərək müharibəyə qoşulmaq istədiyini bildirib. Bu göstərici son illər üçün rekord sayılır və ölkə daxilində geniş səfərbərlik ab-havasının formalaşdığını göstərir.
 
Bildirilir ki, qeydiyyatdan keçənlər müxtəlif yaş və peşə qruplarını əhatə edir. Platforma vasitəsilə könüllülərin həm hərbi, həm də logistik və dəstək sahələrində cəlb olunması planlaşdırılır. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər