01:24
12°C
Bakı
Birləşmiş Ərəb Əmirlikləri Fransanın Rafale F5 proqramında iştirakdan imtina edib.
Moderator.az xəbər verir ki, bu barədə "La Tribune" qəzeti məlumat yayıb.
Məlumata görə, BƏƏ modernləşdirilmiş qırıcı proqramına 3,5 milyard avro ayırmağa hazır olsa da, əməkdaşlıq şərtlərindən narazı qalıb.
Əmirliklər daha dərin texnoloji əməkdaşlıq gözləsə də, Fransa xüsusilə optik-elektron sistemlər sahəsində texnologiya paylaşımına hazır olmayıb.
Bu səbəbdən BƏƏ tərəfi Fransanın mövqeyini “təkəbbürlü” kimi qiymətləndirərək proqramdan imtina edib.