Ermənistanda poliqonda partlayış baş verib, hərbçi ölüb
Dünya
204
02 Apr 2026 | 23:30

Ermənistanda poliqonda partlayış baş verib, hərbçi ölüb

Ermənistan Müdafiə Nazirliyinin Armavir bölgəsinin Baqramyan icmasında yerləşən təlim poliqonunda partlayış baş verib.

Moderator.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 29 yaşlı hərbçi həlak olub, 39 yaşlı digər hərbçi isə yaralanaraq hərbi hospitala yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Ölən və yaralananın şəxsiyyəti, eləcə də hadisənin baş vermə səbəbləri müəyyən edilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər