02:04
12°C
Bakı
Niderland Hörmüz boğazında təhlükəsiz gəmiçiliyin təmininə dəstək verməyə hazır olduğunu açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Tom Berendsen bildirib.
“Təhlükəsiz gəmiçilik o qədər vacibdir ki, Niderlandlar kənarda qalıb başqalarının bu problemi həll etməsini gözləməyəcək. Biz öz rolumuzu oynamağa hazırıq, lakin dəqiq müəyyən edilmiş çərçivələrdə”, – deyə nazir qeyd edib.
O bildirib ki, bu mövzu Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş, 40-a yaxın ölkənin iştirak etdiyi videokonfransda müzakirə olunub.
Berendsen mümkün addımlar sırasında, xüsusilə, minalardan təmizləmə işlərini qeyd edib, lakin bu tədbirlərin hələ praktik mərhələyə keçmədiyini vurğulayıb.