"Argentina mübahisəli Folklend (Malvin) adaları üzərində suverenliyini təsdiqləyir".
Moderator.az "Nezavisimaya qazeta"ya istinadən xəbər verir ki, bu sözləri Argentina Prezidenti Xavyer Miley bildirib.
X.Miley bu fikirləri müharibədə həlak olmuş argentinalı hərbçilərin xatirəsinə həsr olunan mərasimdə səsləndirib.
"Mən Malvin adaları, Cənubi Corciya və Cənubi Sendviç adaları, həmçinin onlara bitişik dəniz əraziləri üzərində suverenliyimizin tam həyata keçirilməsi hüququmuzu təsdiqləmək istəyirəm. 1982-ci ildə Cənubi Atlantikada baş vermiş münaqişə bu mübahisənin hüquqi mahiyyətini dəyişməyib və o, BMT tərəfindən Argentina ilə Böyük Britaniya arasında dialoq yolu ilə həll olunmalı məsələ kimi tanınmaqda davam edir", - deyə o bildirib.
Qeyd edək ki, Atlantik okeanının cənub-qərbində yerləşən Folklend (Malvin) adaları artıq 200 ildir Argentina ilə Böyük Britaniya arasında ərazi mübahisəsinin predmetidir.