Donald Tramp öz tərəfdarlarını Bryus Sprinqstinin konsertlərini boykot etməyə çağırdı
Dünya
282
02 Apr 2026 | 22:57

Donald Tramp öz tərəfdarlarını Bryus Sprinqstinin konsertlərini boykot etməyə çağırdı

ABŞ Prezidenti Donald Tramp tərəfdarlarını amerikalı rok ifaçısı Bryus Sprinqstinin martın 31-də başlayan ABŞ üzrə konsert turunu boykot etməyə çağırıb.

Moderator.az xəbər verir ki, bu barədə siyasətçi "Truth Social" platformasında yazıb.

"МАGА həərkatı onun həddindən artıq bahalı, bərbad konsertlərini boykot etməlidir. Zəhmətlə qazandığınız pulları qoruyun", - deyə paylaşımda bildirilir.

Tramp paylaşımında musiqiçini "luzer", "Tramp sindromunun ağır formasından əziyyət çəkən", "seçkidə parlaq qələbə qazanmış prezidentə qarşı nifrət püskürən" şəxs adlandırıb.

Donald Tramp B.Sprinqstinin yaradıcılığına və xarici görünüşünə də toxunub. O, musiqiçini "pis və çox darıxdırıcı müğənni" kimi adam xarakterizə edib.

Bryus Sprinqstin hələlik prezidentin çağırışına münasibət bildirməyib.

"Variety" nəşrinin məlumatına görə, musiqiçinin "Ümid və arzular torpağı" adlı turunun konsert biletlərinin qiyməti 87 dollardan 3 007 dollara qədər dəyişir. Tur mayın 27-də Vaşinqtonda başa çatacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər