Fransalı deputat terrorçuluğa bəraət qazandırma ittihamı ilə saxlanılıb
Dünya
229
02 Apr 2026 | 22:30

Fransalı deputat terrorçuluğa bəraət qazandırma ittihamı ilə saxlanılıb

Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları Parisdə solçu "Təslim olmayan Fransa" partiyasından olan Avropa Parlamentinin deputatı Rima Hassanı saxlayıblar.

Moderator.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, o "terrorçuluğa bəraət qazandırma" ittihamı ilə saxlanılıb və Parisdə nəzarət altındadır".

Deputatıb saxlanmasına səbəb sosial şəbəkədəki paylaşım olub. Həmin paylaşımda R.Hassan 1972-ci ilin mayında İsraildə Lod hava limanında (indiki Ben-Qurion hava limanı) baş vermiş terror aktında iştirak edən yapon terrorçu Kodzo Okamotodan bəhs edib. Paylaşım onlayn nifrətlə mübarizə üzrə Milli Mərkəzin diqqətini çəkib və araşdırma başlanılıb. Polisə ilk çağırışdan sonra deputat paylaşımı silib.

Qəzet yazır ki, saxlanılarkən Rima Hassanın üzərindən az miqdarda sintetik narkotik vasitə aşkarlanıb və bununla bağlı ona qarşı daha bir cinayət işi başlanıb. Siyasətçinin vəkili hələlik şərh verməkdən imtina edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər