ABŞ Nikolas Maduronun Karakasda saxlanılmasından bir neçə ay sonra Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodrigesə qarşı yönəlmiş sanksiya qərarlarını ləğv edib.
Moderator.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb
Qeyd edək ki, Rodriges 2018-ci ildə demokratik proseslərə zərər vurmaqda günahlandırılaraq ABŞ tərəfindən sanksiyalar siyahısına salınmışdı.
Adının Xüsusi Təyin Edilmiş Şəxslər siyahısından silinməsini dövlətlərarası əlaqələrin normallaşması istiqamətində mühüm addım kimi dəyərləndirən Rodriges, rəsmi Vaşinqtonla müştərək fəaliyyətə hazır olduğunu bəyan edib.
Buna baxmayaraq, Venesueladakı müxalifət ABŞ hökumətinə müraciət edərək, ölkə həbsxanalarında saxlanılan 500-dən artıq siyasi məhbusun sərbəst buraxılması üçün təzyiqləri davam etdirməyə çağırıb.
Həyata keçirilən bu proses ABŞ və Rodriqez administrasiyası arasında diplomatik əlaqələrin yumşaldığına işarə edir: artıq Karakasda ABŞ-nin, Vaşinqtonda isə Venesuelanın diplomatik nümayəndəlikləri öz fəaliyyətlərini yenidən bərpa ediblər.