Tramp baş prokuror Pem Bondini vəzifədən azad edib
Dünya
230
21:50, Bu gün

Tramp baş prokuror Pem Bondini vəzifədən azad edib

ABŞ prezidenti Donald Tramp baş prokuror Pem Bondini vəzifəsindən azad edib.

Moderator.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, Bondinin işdən çıxarılması onun bəzi istintaq proseslərindəki fəaliyyəti və Ceffri Epşteyn işi ilə bağlı sənədlərə yanaşmasının tənqid olunması fonunda baş verib.

"Reuters"in məlumatına görə, Tramp bildirib ki, Bondi özəl sektorda “mühüm vəzifəyə” keçəcək.

Qeyd olunur ki, bu, Trampın ikinci prezidentlik dövründə ikinci dəfə Nazirlər Kabineti üzvünü vəzifədən uzaqlaşdırmasıdır. O, daha əvvəl daxili təhlükəsizlik naziri Kristi Noemi də vəzifədən azad etmişdi.

Bildirilir ki, Bondinin vəzifəsini müvəqqəti olaraq onun müavini Todd Blanş icra edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər