İran və Rusiya XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə edib - YENİLƏNİB
Dünya
350
02 Apr 2026 | 23:10

İran və Rusiya XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə edib - YENİLƏNİB

Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Abbas Əraqçi telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər regionda baş verən münaqişə, bir sıra ölkələrin gərginliyin azaldılması istiqamətində atdığı addımlar və BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin olunması ilə bağlı aparılan müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.

Nazirlik bildirib ki, danışıqlarda ABŞ və İsrailin İrana qarşı hərəkətlərinin nəticələrinin aradan qaldırılması məsələlərinə də toxunulub.

21:40

İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə ediblər.

Qeyd olunub ki, danışıqların detalları daha sonra açıqlanacaq.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər