Melaniya Tramp 6 ukraynalı uşağın ailələrinə qaytarılmasına kömək edib
Dünya
290
20:57, Bu gün

Melaniya Tramp 6 ukraynalı uşağın ailələrinə qaytarılmasına kömək edib

ABŞ Prezidentinin həyat yoldaşı Melaniya Tramp 6 ukraynalı uşağın öz ailələrinə qovuşması barədə Rusiya və Ukrayna arasında razılaşmanın əldə olunmasında vasitəçilik edib.

Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilib.

Məlumata görə, daha bir uşaq bu ayın sonlarında ailəsinə təhvil veriləcək.

Melaniya Tramp qeyd edib ki, uşaqların öz yaxınlarına qovuşması müasir dövrün əsas humanitar vəzifələrindən biri olaraq qalır. O, həmçinin tərəflərin bu istiqamətdə əməkdaşlığı davam etdirəcəyinə ümid etdiyini vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər