23:44
12°C
Bakı
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə "Amazon" şirkətinin data mərkəzinə hücum edib.
Moderator.az xəbər verir ki, bu barədə "Tasnim"ə istinadən SEPAH məlumat yayıb.
Məlumata görə, data mərkəzi məhv edilib. SEPAH vurğulayıb ki, "terror hücumları" davam edərsə, ABŞ şirkətləri "daha sərt şəkildə cəzalandırılacaq".
"Amazon"un Bəhreyndəki data mərkəzi Yaxın Şərqdə müharibənin əvvəlində də İranın zərbələrinə məruz qalmışdı.
Martın 31-də SEPAH İrana qarşı hücumlar davam edəcəyi təqdirdə regionda "Intel", "Cisco" və "Microsoft" daxil olmaqla ABŞ-nin 18 IT şirkətinin obyektlərinə zərbə endirməklə hədələmişdi.