Avstriya ABŞ-nin İrana qarşı əməliyyatları üçün hava məkanını bağlayıb
Dünya
211
19:50, Bu gün

Avstriya ABŞ-nin İrana qarşı əməliyyatları üçün hava məkanını bağlayıb

ABŞ-nin İrana qarşı nəzərdə tutulan əməliyyatları zamanı Avstriyanın hava məkanından istifadəsinə qadağa qoyulub.

Moderator.az xəbər verir ki, bu məlumatı Avstriya Müdafiə Nazirliyinə istinad edərək yerli "Kurier" qəzeti dərc edib.

"Avstriya ABŞ-yə İrana qarşı həyata keçiriləcək hərbi addımlar üçün öz hava məkanını açmaqdan imtina edib. Buna əsas kimi isə ölkənin neytrallıq haqqında qanunu irəli sürülüb", - deyə bildirişdə qeyd olunur.

Məlumata əsasən, Vaşinqton tərəfindən Vyanaya eyni vaxtda bir neçə rəsmi müraciət ünvanlansa da, onların hamısına mənfi cavab verilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər