22:42
13°C
Bakı
Səudiyyə Ərəbistanındakı Əl-Xərc bazasında ABŞ ordusunun hava eskadriyasının toplanma mərkəzinin məhv edilməsinin görüntüsü yayılıb.
Moderator.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Məcid Musəvi "X" sosial şəbəkəsində bununla bağlı foto bölüşüb.
Qeyd edək ki, SEPAH aprelin 2-də "Gerçək vəd – 4" əməliyyatının 90-cı dalğasını həyata keçirib.
"İsrailin Təl-Əviv, Hayfa, Naqev və Beer-Şeva şəhərlərində hərbi məntəqələr, ABŞ-nin Küveytdəki Əli əl-Salim, BƏƏ-dəki Əl-Dəfra, Səudiyyə Ərəbistanındakı Əl-Xərc bazaları raket və dron hücumuna məruz qalıb", - SEPAH-ın məlumatında qeyd olunub.