Aprelin 2-də Yer kürəsini G1-G2 səviyyəsində maqnit qasırğaları bürüyüb.
Moderator.az-ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası öz "Telegram" kanalında məlumat verib.
Bildirilib ki, geomaqnit dalğalanmaları Günəşdəki tac dəliyinin təsiri altında başlayıb və aprelin 3-ü də təsirləri davam edəcək. Mütəxəssislər Günəşdə partlayış aktivliyini orta səviyyədə qiymətləndirirlər, lakin hazırda risk mövcuddur.
"Olduqca böyük ləkə qrupu Günəş diskinin mərkəzi hissəsinə doğru hərəkət edir, hansı ki, axır iki ayda mart ayının sonunda yeganə X səviyyəli partlayışı yaradıb", - deyə laboratoriyadan bildirilib.
Mütəxəssislər qeyd ediblər ki, bu vəziyyətdə istənilən plazma buludu Yerə doğru yönələcək və böyük ehtimal ki, radiasiya qasırğası əmələ gələcək.