Fevralın 9-da Sabiha Gökçen hava limanında İstanbuldan Şanlıurfaya uçan təyyarədə edilən "canlı bomba" zarafatı ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Moderator.az xəbər verir ki, bu barədə "TRT Haber" kanalı məlumat yayıb.
Bildirilib ki, "AJet" təyyarəsində bacısına işarə edərək "canlı bomba" olduğunu deyən sərnişin məhkəmə tərəfindən təyyarənin hərəkətinə mane olmaq ittihamı ilə 4 il 2 ay həbs cəzasına məhkum edilib. Hökm İstanbul Anadolu Məhkəməsində keçirilən işin ilk iclasında elan edilib. Məhkəmə heyəti təqsirləndirilən şəxsin hərəkətlərinin nəqliyyat təhlükəsizliyinə ciddi təhlükə yaratdığı qənaətinə gələrək ona 4 il 2 ay həbs cəzası verib. Əgər bu hökm apelyasiya məhkəməsi tərəfindən təsdiqlənərsə, təqsirləndirilən şəxs həbsxanaya göndəriləcək. Digər tərəfdən, aviaşirkətin uçuş zamanı baş verən gecikmələr və nəticədə yaranan kommersiya itkiləri səbəbindən təqsirləndirilən şəxsə qarşı maliyyə təzminatı üçün iddia qaldırmağa hazırlaşdığı bildirilib.