19:19
14°C
Bakı
Tehranın şimal-qərbində yerləşən Kərəc şəhərinə ABŞ-İsrail hücumu zamanı İranın unikal mühəndislik konstruksiyalarından biri hesab edilən körpü dağıdılıb.
Moderator.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə Əlborz əyalətinin hakimiyyət orqanları məlumat verib.
"Bir saat əvvəl İranın mühəndislik sahəsində şah əsəri və dünyanın ən mürəkkəb tikililərindən biri hesab edilən "B1" körpüsü İsrail və ABŞ-nin hücumu nəticəsində dağıdılıb. Nəticədə bəzi ərazilərdə elektrik kəsintiləri yaşanır", - deyə agentlik məlumat yayıb.