Tramp Milli Kəşfiyyat rəhbərini vəzifədən uzaqlaşdıracaq?
Dünya
348
17:15, Bu gün

Tramp Milli Kəşfiyyat rəhbərini vəzifədən uzaqlaşdıracaq?

ABŞ Prezidenti Donald Tramp öz müşavirləri ilə Milli Kəşfiyyat direktoru Tulsi Qabbardın vəzifəsindən uzaqlaşdırılması ehtimalı barədə qapalı müzakirələr aparır.

Moderator.az xəbər verir ki, bu baarədə "The Guardian" məlumat yayıb.

Mənbələrin bildirdiyinə əsasən, dövlət başçısı Qabbardın ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin sabiq rəhbəri Co Kentə dəstək verməsindən narahatlığını ifadə edib. Xatırladaq ki, Co Kent mart ayında Vaşinqtonun İrana qarşı hərbi addımlar atmaq qərarına etiraz edərək istefa verdiyini rəsmən bildirmişdi. Nəşrin məlumatına görə, ötən ay Konqresdə baş tutan dinləmələrdə Qabbardın Kentin mövqeyini pisləməkdən boyun qaçırması Trampın ona qarşı şübhələrini daha da artırıb. O, açılış çıxışında 2025-ci il iyunun 22-də ABŞ tərəfindən İsfahan, Nətənz və Fordoda yerləşən nüvə mərkəzlərinə edilən hava hücumlarından sonra Tehranın uranın zənginləşdirilməsini yenidən başlatmağa cəhd etmədiyini təsdiqləyib.

Xəbərdə qeyd olunur ki, mövcud gərginliyə rəğmən, Qabbardın vəzifədən getməsi barədə qəti qərar hələ yoxdur. Belə ki, müşavirlər dövlət başçısına uyğun əvəzləyici tapılmadan bu cür mühüm postu boş qoymamağı tövsiyə edirlər. Məlumatda o da qeyd olunur ki, Trampın bu cür məsləhətləşmələr aparması Qabbard üçün arzuolunmaz siqnaldır, çünki prezident adətən kadr islahatları etmək qərarına gəldiyi təqdirdə öz köməkçiləri ilə belə müzakirələrə başlayır.

Bundan öncə də ABŞ rəhbəri İranın nüvə fəaliyyəti ilə əlaqədar Milli Kəşfiyyat direktoru ilə aralarında müəyyən ziddiyyətlərin mövcudluğunu gizlətməmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər