ABŞ İrana qarşı əməliyyatlarda yeni radar-döyüş təyyarələrindən istifadəyə başladı
Dünya
451
13:47, Bu gün

ABŞ İrana qarşı əməliyyatlarda yeni radar-döyüş təyyarələrindən istifadəyə başladı

ABŞ İranda hərbi əməliyyatlara yeni "EA-37B" radar-döyüş təyyarələrini əlavə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.
 
Bildirilib ki, "Epik qəzəb" adlı əməliyyatda hərbi hava qüvvələrinə məxsus eyni tipli "EA-18G" və "EC-130H" təyyarələri də iştirak edir.
 
Qeyd edək ki, ilk dəfə 2024-cü ildə nümayiş etdirilən "EA-37B" modeli iki mühərrikli "Gulfstream G550" reaktiv təyyarəsinin bazasında hazırlanıb. ABŞ-nin Hərbi Hava Döyüşləri Komandanlığının məlumatına əsasən, "EA-37B" rabitəni bloklamaq və susdurmaq qabiliyyətinə malikdir. Həmçinin, bu təyyarə erkən xəbərdarlıq radarlarının işinə maneə törədərək düşmənin hava hücumundan müdafiə sistemini yarmağa imkan yaradır. Hava vasitəsinin maksimal uçuş məsafəsi 8167 kilometrdir. Təyyarə müntəzəm ordu sıralarına 2026-cı ildə daxil edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər