ABŞ-dən vətəndaşlarına XƏBƏRDARLIQ: 48 saat ərzində hücum olacaq
Dünya
646
13:20, Bu gün

ABŞ-dən vətəndaşlarına XƏBƏRDARLIQ: 48 saat ərzində hücum olacaq

ABŞ-ın İraqdakı səfirliyi İranla əlaqəli silahlı qruplaşmaların yaxın 24-48 saat ərzində Bağdadın mərkəzi rayonlarına hücum edə biləcəyi barədə xəbərdarlıq edib.
 
Moderator.az xəbər verir ki, diplomatik missiya ABŞ vətəndaşlarını təcili şəkildə ölkəni tərk etməyə çağırıb.
 
Səfirliyin "X" sosial şəbəkə hesabında paylaşılan bəyanatda deyilir:
 
"Silahlı qruplaşmalar ABŞ vətəndaşlarını, Amerika şirkətlərini, universitetləri, diplomatik nümayəndəlikləri, enerji infrastrukturu obyektlərini, hotelləri, hava limanlarını və ABŞ ilə əlaqəli olduğunu düşündükləri digər məkanları, habelə İraqın dövlət qurumlarını və mülki obyektlərini hədəf ala bilərlər. Amerika vətəndaşlarına tövsiyə edirik: Heç bir halda İraqa səfər etməyin. Əgər hazırda oradasınızsa, ölkəni dərhal tərk edin".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər