Dünya
210
01 Apr 2026 | 23:50

"Quantum-Systems" şirkəti ilk dəfə Ukraynaya taktiki PUA-lar göndərəcək

Almaniyanın "Quantum-Systems" şirkəti Ukraynaya "Linza" taktiki PUA-ların ilk partiyasının göndəriləcəyini açıqlayıb.

Moderator.az-ın məlumatına görə, bu barədə şirkətin açıqlamasında bildirilir.

"Quantum Frontline Industries" Ukrayna Silahlı Qüvvələrinə təhvil veriləcək PUA-ların ilk partiyasının istehsalını başa çatdırıb. Bu tədarük Almaniya-Ukrayna birgə istehsal modeli çərçivəsində istehsalın qurulması mərhələsindən davamlı seriyalı istehsala keçidi qeyd edir", - açıqlamada bildirilir.

Qeyd olunur ki, şirkət bir il ərzində tədarük tutumunu artırmağı və sürətləndirməyi hədəfləyir.

Link kopyalandı!
Son xəbərlər