Rusiyanın hərbi təyyarəsi Qırğızıstan ərazisinə iki təlim sursatı atıb
Dünya
348
01 Apr 2026 | 23:35

Rusiyanın hərbi təyyarəsi Qırğızıstan ərazisinə iki təlim sursatı atıb

Rusiya hərbi təyyarəsi təlim uçuşu zamanı təsadüfən Qırğızıstan ərazisinə iki təlim sursatı atıb.

Moderator.az "AKIpress" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə martın 31-i axşam saatlarında baş verib. Bildirilib ki, "Su-25" tipli təyyarə Kant şəhərində yerləşən Rusiya aviabazasına məxsus olub.

Qeyd olunub ki, sursatlar təsadüfən boş əraziyə düşüb. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb, həmçinin dağıntı qeydə alınmayıb.

Link kopyalandı!
Son xəbərlər